Uşağın göz və saç rəngini də seçmək mümkün olacaq? - 50 min dollara...
ABŞ-də süni mayalanma (EKO) çərçivəsində embrionların yalnız xəstəlik risklərinə görə deyil, həm də proqnozlaşdırılan IQ, boy, uzunömürlülük və digər xüsusiyyətlər əsasında seçilməsi ilə bağlı yeni bazar formalaşır.
Crossmedia.az xəbər verir ki, “The Economist” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Nucleus, Orchid və Herasight kimi startaplar embrionların genetik xüsusiyyətlərini təhlil edir. Nucleus hətta göz və saç rəngi ilə bağlı proqnozlar təqdim edir, Herasight-ın xidmətlərinin qiyməti isə 50 min dollara qədər yüksəlir.
Hazırda bu xidmət əsasən imkanlı amerikalılar arasında istifadə olunur və alimlər proqnozların dəqiqliyi ilə bağlı fikir ayrılığı yaşayırlar. Araşdırmalara əsasən, hətta 10 embrion arasından seçim zamanı gözlənilən IQ artımı orta hesabla cəmi 3 bal təşkil edə bilər.
13:18 15.08.2026
Oxunuş sayı: 36