Süni intellekt bazarında 500 milyard dollarlıq risk
Süni intellekt sektoruna axan nəhəng investisiyalar bazarda mümkün böhran və resessiya ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər sektorda sürətlə yayılan “dövrəvi maliyyələşmə” modelinin süni artım görüntüsü yarada biləcəyini bildirirlər. Bununla yanaşı, bəzi şirkətlər süni intellektə tələbin hələ də yüksək olduğunu və bazarın inkişafının ilkin mərhələsində qaldığını düşünür.
Crossmedia.az xəbər verir ki, “CNN News Newsource”un məlumatına görə, “Nvidia” müştəri sifarişlərinin maliyyələşdirilməsi məqsədilə “Apollo”, “BlackRock” və “Goldman Sachs” kimi maliyyə nəhənglərinin daxil olduğu qrupdan 500 milyard dollarlıq maliyyə əldə edib. Ekspertlər bu modelin 1990-cı illərin sonundakı “dot-com” köpüyünə bənzər risklər yarada biləcəyini qeyd edirlər.
Sektordakı risklər süni intellektə fokuslanan “Situational Awareness” hedc fondunun böyük itkilərlə üzləşməsi ilə də gündəmə gəlib. “Apollo Global Management”in baş iqtisadçısı Torsten Slok isə süni intellekt ekosistemində mövcud gəlirliliyin əsasən istehlakçılardan deyil, investorların maliyyələşməsindən qaynaqlandığını bildirib.
05:30 15.08.2026
Oxunuş sayı: 46