İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var
İsmayıllı rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Qəbələ istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan iki nəfər - Qəbələ rayon sakinləri ağır bədən xəsarəti ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır. (REPORT)
21:16 12.08.2026
Oxunuş sayı: 36