Tramp İranın vəziyyətini açıqladı: Ölkə dağılıb
ABŞ Prezidenti Donald Tramp İranın artıq Yaxın Şərqdə əvvəlki kimi güclü mövqedə olmadığını iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, ABŞ Hörmüz boğazına tam nəzarət edir və bu nəzarəti qoruyub saxlamaq niyyətindədir.
“Hamı bizim hərbi-dəniz blokadamızı polad divar adlandırır və İran bunun qarşısında heç nə edə bilmir. Onların nə donanması, nə də hava qüvvələri var. Qalan hərbçilərə maaş verilmir, İslam İnqilabı Keşikçiləri Korpusu məhv edilib və qaçır. Onların rəhbərliyi isə ən yaxşı halda qeyri-müəyyəndir”, – Tramp deyib.
ABŞ prezidenti İranın maliyyə vəziyyətinin ağır olduğunu və ölkənin dağıldığını iddia edib. O, həmçinin İranda inflyasiyanın 300 faizə çatdığını bildirib.
Tramp İranın yalnız danışdığını, lakin heç nə etmədiyini və artıq Yaxın Şərqin xuliqanı olmadığını vurğulayıb.
18:51 12.08.2026
Oxunuş sayı: 40