Hegset müdafiə naziri postunu qorumaq üçün Trampın dəstəyinə arxalanır
ABŞ-nin müdafiə naziri Pit Hegset Konqresdə barəsində impiçment prosesinin başlanması fonunda Prezident Donald Trampa sadiqliyini nümayiş etdirib. O, İran və Venesuelaya qarşı hərbi əməliyyatların Trampın əmri ilə həyata keçirildiyini bildirib.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, Hegset çərşənbə axşamı altı aydan sonra ilk mətbuat konfransında impiçment təşəbbüsünü irəli sürən respublikaçı konqresmen Tomas Massini tənqid edərək, prosesi “şou” adlandırıb.
Nazir hərbi əməliyyatların əvvəlcə baş komandan Tramp, daha sonra isə onun özü tərəfindən əmr edildiyini vurğulayıb. Hegset prezidentin yanında dayanmağın ona qarşı ittihamlara səbəb olacağını bilsə də, bundan çəkinməyəcəyini deyib.
ABŞ-də keçirilən aralıq seçkilərdə respublikaçıların Konqresin hər iki palatasında mövqelərini itirməsindən sonra Hegsetin siyasi vəziyyəti zəifləyib. Vitse-prezident Cey Di Vens də respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən biri kimi İran müharibəsini göstərib.
Hegset müharibənin populyar olmadığını, lakin zəruri olduğunu bildirib. Hazırda onun vəzifədə qalması ilə bağlı son qərarın Trampın mövqeyindən asılı olacağı gözlənilir.
05:34 11.11.2026
Oxunuş sayı: 23