Azərbaycanın kağız və karton istehsalçısı əvvəlki təşkilati-hüquqi formasına qayıdıb
"Azərsun Holdinq" MMC-yə məxsus olan "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Crossmedia.az xəbər verir ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 103 milyon manatdır. Şirkət ötən ilin yanvar ayında MMC-dən ASC-yə çevrilmişdi.
14:06 12.08.2026
Oxunuş sayı: 45