Azərbaycanda müsbət rəy verilən auditlərin sayı 10 %-ə yaxın artıb
2025-ci ildə Azərbaycanda aparılan auditlərin 4 330-na müsbət rəy verilib.
Crossmedia.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 9,5 % çoxdur.
Ötən il aparılan auditlərdən şərti müsbət rəylərin sayı 7,3 % artaraq 1 301-ə, mənfi rəylərin sayı 94,7 % artaraq 37-yə, rəy verilmədən imtina edilən auditlərin sayı isə 2,2 dəfə artaraq 11-ə çatıb.
13:41 12.08.2026
Oxunuş sayı: 35