Mirzoyan ilk telefon danışığını Ukrayna XİN rəhbəri ilə keçirib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən bu vəzifəyə təyin olunmasından sonra ilk telefon danışığını ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirib.
Crossmedia.az xəbər verir ki, Ermənistan XİN bu barədə məlumat yayıb.
Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli gündəliyin məsələlərini müzakirə edib, regional vəziyyət və son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan da yenidən təyin olunmasından sonra ilk telefon danışığını Ukrayna parlamentinin rəhbəri ilə keçirib.
16:39 11.08.2026
Oxunuş sayı: 50