Yeni Zelandiyada 15 ildən sonra qar yağıb
Yeni Zelandiyanın paytaxtı Vellinqtonda 15 ildən sonra ilk dəfə qış yağıntısı müşahidə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkədə qeyri-adi soyuq hava şəraiti hökm sürür. Adətən subtropik iqlimə yaxın olan Yeni Zelandiyada qar əsasən yüksək dağlıq ərazilərə yağırdı.
Lakin bu il havanın kəskin soyuması nəticəsində bəzi bölgələrdə temperatur mənfi 9 dərəcəyə qədər enib və paytaxtda qar yağıb.
19:48 06.08.2026
Oxunuş sayı: 41