Rusiya Xerson və Xarkovda Ukrayna mövqelərini vurub
Rusiya Silahlı Qüvvələri Xerson və Xarkov vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə aviasiya bombaları ilə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.
Zərbələr nəticəsində Ukrayna ordusunun idarəetmə məntəqələri və müvəqqəti dislokasiya məntəqələri hədəfə alınıb. Nazirlik hücumların aviasiya bombaları ilə həyata keçirildiyini bildirib.
23:26 29.07.2026
Oxunuş sayı: 41