Ukrayna hər gün 70 milyon dollar itirir
Ukraynanın Qara dəniz limanlarının fəaliyyətinin dayanması ölkəyə hər gün təxminən 70 milyon dollara başa gəlir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomicheskaya Pravda” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ilin ilk yarısında Ukraynanın ixracının üçdə ikisi Böyük Odessa limanları vasitəsilə həyata keçirilib.
Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi daha əvvəl bildirib ki, iyulun 22-dən etibarən həmin limanlara gəmilərin girişinə fasilə verilib.
23:44 29.07.2026
Oxunuş sayı: 38