Səudiyyə Ərəbistanının müdafiə naziri Vaşinqtonda Cey Di Venslə görüşüb
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşüb.
Crossmedia.az xəbər verir ki, “CNN”in məlumatına görə, şahzadə Xalid İranın son birgə zərbələrini, eləcə də Səudiyyə Ərəbistanının infrastrukturuna hücumlara cavab tədbirlərini müzakirə edib.
O, həmçinin vəliəhd Məhəmməd bin Salmanın şəxsi mesajını Vensə çatdırıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı rəhbərliyi İranın regionda gərginliyi daha da artırmaqla təsir imkanları əldə etməyə çalışdığını düşünür. Buna İranın dəstəklədiyi İraqdakı qüvvələrdən və Yəməndəki husilərdən istifadə etməklə bölgəyə təzyiqi gücləndirmək də daxildir.
23:45 29.07.2026
Oxunuş sayı: 43