Avstriyada hər kəs yaşını təsdiqləməli olacaq
Avstriyada 2027-ci ildən etibarən porno saytlarının bütün istifadəçiləri yaşlarını məcburi şəkildə təsdiqləməli olacaqlar.
Crossmedia.az xəbər verir ki, “Profil” jurnalının məlumatına görə, saytlara hər giriş zamanı ID Austria vasitəsilə şəxsiyyət təsdiqlənməsindən keçmək tələb olunacaq.
Bu tələb 14 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsinin əlavə izahlarında öz əksini tapıb. Qanun layihəsi bazar ertəsi Avstriyanın vitse-kansleri və media naziri Andreas Babler tərəfindən təqdim edilib.
İstifadəçilərə məlumatlarının məxfi saxlanılacağı və onların yalnız yaşın təsdiqlənməsi məqsədilə istifadə olunacağı vəd edilir.
23:59 29.07.2026
Oxunuş sayı: 38