Bişkekdə tarixi görüş: Çin və ŞƏT liderləri bir araya gəlir
Qırğızıstanın paytaxtı Bişkek yaxın günlərdə ölkə və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyan iki böyük tədbirə ev sahibliyi edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onlardan ən vaciblərindən biri Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının sammiti olacaq.
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib ki, son illərdə Bişkeklə Pekin arasındakı münasibətlər bərabərlik, qarşılıqlı hörmət və tərəflərin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir.
Onun sözlərinə görə, iki ölkə arasında hər hansı siyasi fikir ayrılığı yoxdur.
21:56 29.07.2026
Oxunuş sayı: 40