Zelenskidən mesaj: Ukraynanın təhlükəsizliyi Polşanın da təhlükəsizliyidir
Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla Lublində görüşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, tarixi dialoq və Vaşinqtondakı diplomatik fəaliyyət müzakirə olunub.
Zelenskinin sözlərinə görə, tərəflər həmçinin müdafiə əməkdaşlığını və Ukrayna şəhərlərinin Rusiyanın zərbələrindən qorunması ilə bağlı prioritet məsələləri müzakirə ediblər.
“Antiballistik müdafiə əsas prioritetdir. Ukraynanın təhlükəsizliyi və müdafiəsi həm də Polşanın təhlükəsizliyi və müdafiəsidir. Əməkdaşlığımız həm regionumuzu, həm də bütün Avropanı gücləndirir”, – Zelenski bildirib.
23:28 29.07.2026
Oxunuş sayı: 47