İsrailli nazir ABŞ-ni qəzəbləndirdi: Məxfi məlumatlar sızdırılıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrailin müdafiə naziri İsrael Katsın ABŞ-nin İrana zərbələri ilə bağlı ictimai açıqlamalarından narazılığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Al-Hadath” telekanalının məlumatına görə, Kats İsrail aviabazalarından ABŞ hərbi təyyarələrinin İrana zərbələr endirmək üçün istifadəsi barədə qapalı əməliyyat məlumatlarını açıqlayıb.
Bildirilir ki, məxfi məlumatların yayılması iki ölkənin müdafiə qurumları arasında gərginliyin kəskin artmasına səbəb olub və İsrail komandanlığını əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib.
23:04 29.07.2026
Oxunuş sayı: 40