ABŞ-dən sərt qadağa: İran hücumlarının görüntülərini paylaşmayın
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbçilərə İranın ABŞ hərbi bazalarına hücumları ilə bağlı foto və videoların yayımlanmasının mühüm hərbi məlumatların üzə çıxmasına və İrana kömək etməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xəbərdarlıq İordaniyadakı Müvəffəq əl-Səlti aviabazasına İranın raket hücumu ilə bağlı görüntülərin yayımlanmasından sonra verilib. Bildirilir ki, amerikalı hərbçinin “Meta”nın ağıllı eynəkləri ilə çəkdiyi videoda raket hücumu zamanı ABŞ qüvvələrinin sığınacaqlara yerləşdirilməsi əks olunub.
CENTCOM hesab edir ki, bu cür görüntülərin yayılması qarşı tərəfə ABŞ hərbçilərinin yerləşdiyi mövqeləri, hərbi infrastrukturu və hücum zamanı Amerika qüvvələrinin necə reaksiya verdiyini müəyyənləşdirməyə kömək edə bilər.
21:40 29.07.2026
Oxunuş sayı: 38