Paşinyan onu Aparat rəhbəri edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət aparatına onun baş məsləhətçisi və ABŞ-dəki keçmiş səfir Lilit Makuntsun rəhbərlik edəcəyini rəsmən təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lilit Makunts bu vəzifədə Araik Arutyunyanı əvəz edəcək. O, 2025-ci ilin avqustundan baş nazirin baş məsləhətçisi vəzifəsində çalışır. Bundan əvvəl, 2021–2025-ci illərdə Ermənistanın ABŞ-dəki diplomatik missiyasına rəhbərlik edib.
Müdafiə naziri Suren Papikyan da vəzifəsində yenidən təyin olunacaq. O, 2021-ci ilin noyabrından Ermənistanın Müdafiə Nazirliyinə rəhbərlik edir.
Daxili işlər naziri Arpine Sarkisyan isə vəzifəsini qoruyacaq. O, 2024-cü ilin noyabrından bu vəzifədə çalışır.
20:38 29.07.2026
Oxunuş sayı: 35