Bloqerin Dubay macərası ekstradisiya ilə başa çatıb
Bloqer Lusik Karapetyan Birləşmiş Ərəb Əmirliklərindən Rusiyaya ekstradisiya edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. İstintaqın versiyasına görə, Karapetyan insanlara mərc oyunlarında uduş vəd edən qrup yaradıb, lakin faktiki olaraq onların pullarını mənimsəyib.
Bloqer beynəlxalq axtarışa verilib və 2023-cü ildə BƏƏ-də saxlanılıb.
22:28 29.07.2026
Oxunuş sayı: 41