Paşinyan Putinə meydan oxudu: Bu yoldan dönməyəcəyik
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Ermənistanın Avropaya inteqrasiya yolunu seçdiyini və bu istiqamətdə irəliləyəcəyini deyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyanın sözlərinə görə, bu qərarda Ermənistan xalqının Avropaya inteqrasiyanı dəstəkləməsi də əsas amillərdən biridir.
“Rusiya prezidentinə dedim ki, biz Avropaya inteqrasiya yolunu elan etmişik və bu yolla gedəcəyik. Xüsusilə də Ermənistan xalqı bunun lehinə səs verdikdən sonra”, – Paşinyan deyib.
20:54 29.07.2026
Oxunuş sayı: 40