İlon Mask: Ənənəvi proqramlaşdırmanın sonu yaxınlaşır
Amerikalı milyarder İlon Mask ənənəvi proqramlaşdırmanın artıq 2026-cı ilin sonuna qədər tarixə çevrilə biləcəyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, yaxın gələcəkdə süni intellekt proqram kodunu proqram yazılmasına və kompilyatorlardan istifadəyə ehtiyac olmadan birbaşa yarada biləcək. Belə olan halda istifadəçinin yalnız istədiyi nəticəni təsvir etməsi kifayət edəcək və neyroşəbəkə optimallaşdırılmış icra edilə bilən kodu avtomatik hazırlayacaq.
Mask həmçinin bildirib ki, yaxın 2–3 ay ərzində Grok Code proqramlaşdırma üçün ən güclü süni intellekt modellərindən birinə çevrilməlidir.
00:10 19.07.2026
Oxunuş sayı: 97