Bakıda valideynləri tərəfindən işgəncə görən azyaşlı bacı-qardaş evdən qaçıb
Bakıda azyaşlı bacı-qardaşın ailədaxili zorakılıq səbəbindən evdən qaçdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, 2015 və 2018-ci il təvəllüdlü uşaqlar uzun müddət valideynləri tərəfindən zorakılığa məruz qalıblar. Bildirilir ki, onlar evdən qaçaraq gecəni dəniz sahilində keçiriblər.
Uşaqların bədənlərində müxtəlif xəsarətlər, saçlarında isə yanıq izləri aşkar edildiyi qeyd olunur. Hazırda azyaşlıların sığınacağa yerləşdirildiyi bildirilir.
Həmçinin iddialara görə, uşaqların anası rəsmi qaydada hər iki övladından imtina edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
20:15 18.07.2026
Oxunuş sayı: 65