Azərbaycan Avropanın yeni logistika mərkəzinə çevrilir
Ukraynadakı müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Avropa Cənubi Qafqaza Mərkəzi Asiya bazarlarına çıxış və logistikanın təmin edilməsi baxımından əsas bölgələrdən biri kimi baxır.
Crossmedia.az xəbər verir ki, Almaniyanın ˝Cicero˝ jurnalı yazır ki, Azərbaycan Avropanın enerji resurslarının tədarükünü şaxələndirmə strategiyasında mühüm rol oynayır. Bildirilir ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracı illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilə qədər bu göstəricinin ən azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.
˝Cicero˝ həmçinin Orta Dəhlizin artan əhəmiyyətini vurğulayır. Qeyd olunur ki, Brüsseldə bu nəqliyyat marşrutu Avropa ilə Asiya arasında ən perspektivli əlaqələrdən biri kimi qiymətləndirilir.
Məqalədə Cənubi Qafqazın Avropa üçün enerji, ticarət və nəqliyyat baxımından strateji əhəmiyyətinin artdığı qeyd edilir.
21:32 18.07.2026
Oxunuş sayı: 68