ABŞ senatoru Lindsi Qremin ölümü ilə bağlı yeni detallar açıqlanıb
Ukraynaya dəstəyin əsas tərəfdarlarından biri kimi tanınan ABŞ senatoru Lindsi Qremin iyulun 11-də axşam saatlarında qısa müddətli və qəfil xəstəlik səbəbindən vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝NBC News˝ telekanalının yaydığı məlumata görə, senatorun ölüm səbəbi ürək tutması ola bilər. Bildirilir ki, polis radiosunun əldə olunan səs yazısına əsasən, iyulun 11-də axşam təcili yardım əməkdaşları ürək dayanması çağırışı ilə Qremin Kapitol təpəsindəki evinə gəliblər.
˝NBC News˝-un əldə etdiyi fotolarda tibb işçilərinin bir şəxsi xərəkdə evdən çıxararaq təcili yardım avtomobilinə apardığı görünür. Hadisə yerində polis və yanğınsöndürən maşınlarının da olduğu qeyd olunur.
Bununla yanaşı, senatorun ofisindən bildirilib ki, ölümündən əvvəl Qremin səhhətində hər hansı problem olduğuna dair əlamət olmayıb. Senator bazar günü ˝NBC News˝-un “Meet the Press” proqramında çıxış etməli idi.
13:30 12.07.2026
Oxunuş sayı: 73