MM gəmilərlə bağlı beynəlxalq konvensiyanı təsdiqlədi
Milli Məclis "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulmağı təsdiq edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
11:13 10.07.2026
Oxunuş sayı: 53