Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində iş gedir
40 dövlət qurumu ilə rəqəmsal yol xəritələrinin hazırlanıb, 13-ü artıq təsdiqləndib və ya təsdiqlənmə mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmə zamanı deyib.
O bildirib ki, "Mygov" platformasında istifadəçi sayının son üç ayda 2.7 milyon nəfərdən 3.5 milyona yüksəlib: "Habelə Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində iş gedir, bir sıra xidmətlərin "Hökumət buludu"na miqrasiyası davam edir və yeni data mərkəzinin tikintisi aparılır. Texnoloji suverenliyi gücləndirmək məqsədilə isə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanılıb və Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzi yaradılması, dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam edir. Qanunvericilik islahatlarının miqyası barədə danışılarkən bunun rəqəmsal ekosistemin tənzimlənməsi istiqamətində həyata keçirilən əhatəli və fundamental islahat təşəbbüsü olduğu deyildi. İslahatlar hüquqi müəyyənlik, rəqabətqabiliyyətli vergi mühiti, innovasiyaların maliyyələşdirilməsi, istedadların cəlbi və kibertəhlükəsizlik tənzimlənməsi kimi sahələri əhatə edir. Azərbaycanda rəqəmsallaşma sahəsində əldə edilən nailiyyətlər sırasında "Hökumət buludu"nun istifadəyə verilməsini, "SİMA" biometrik rəqəmsal imzası ilə bağlı 4.8 milyon istifadəçinin qeydiyyatdan keçməsini, ölkəmizin BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlməsini və çox yüksək inkişaf etmiş ölkələr kateqoriyasına daxil olmasını xüsusilə qeyd etmək lazımdır. Üzümüzə gələn illərdə nəticələrin daha da yüksək olacağı isə heç bir şübhə doğurmur".
15:42 09.07.2026
Oxunuş sayı: 56