Mahmud Abbas Qəzza İdarəetmə Komitəsinin rəhbəri ilə ilk dəfə danışıb
Fələstin Prezidenti Mahmud Abbas Qəzza İdarəetmə Komitəsinin yeni rəhbəri Əli Şaatla təyin olunduqdan sonra ilk telefon danışığını aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, telefon danışığı HƏMAS-ın fövqəladə komitənin rəhbərinin istefa verdiyini elan etməsindən sonra baş tutub. Bu addım Qəzza zolağının inzibati idarəçiliyinin yeni quruma verilməsi üçün zəmin yaradıb.
Bildirilib ki, NCAG bu ilin yanvarında ABŞ Prezidenti Donald Trampın Qəzzada vəziyyətin nizamlanması planı çərçivəsində yaradılıb.
Bundan əvvəl HƏMAS da Qəzza zolağında fəaliyyət göstərən öz "hökumət"ini buraxdığını açıqlamışdı.
16:41 09.07.2026
Oxunuş sayı: 60