Ermənistanda zəlzələ baş verib
Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın seysmoloji xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:42-də Aparan şəhərindən 18 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 2,1, episentrdə intensivliyi isə 2–3 bal təşkil edib.
Yeraltı təkanlar 2 bal gücündə Aştarak şəhərində, eləcə də Bjurakan, Ağarak, Karbi, Araqats və Apnaqyux yaşayış məntəqələrində hiss olunub.
Dağıntılar və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.
15:22 09.07.2026
Oxunuş sayı: 59