Britaniya "Zəngəzur" gəmisinə tətbiq olunan sanksiyaları ləğv edib
Böyük Britaniya hökuməti Azərbaycana məxsus "Zəngəzur" gəmisinə tətbiq edilən sanksiyaları ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yenilənmiş sanksiyalar siyahısında məlumat yer alıb.
Məlumata görə, "Zəngəzur" gəmisi iyulun 7-də rəsmi olaraq Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb.
Bundan əvvəl Avropa İttifaqı Şurası da gəmi ilə bağlı analoji qərar qəbul etmişdi.
Qeyd edək ki, "Zəngəzur" tankeri əvvəllər Rusiyanın enerji gəlirləri əldə etməsinə kömək etməkdə ittiham olunurdu. Son qərarla gəmi üzərindəki bütün məhdudiyyətlər aradan qaldırılıb.
15:08 09.07.2026
Oxunuş sayı: 61