Peskov: İran ətrafında vəziyyət xeyli mürəkkəbləşib
Kreml İran ətrafındakı vəziyyətin əhəmiyyətli dərəcədə mürəkkəbləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyinin məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə açıqlama verib.
Peskovun sözlərinə görə, mövcud çətinliklərə baxmayaraq, ABŞ-nin İran ətrafındakı vəziyyəti nəzarət altına ala biləcəyinə ümid var.
"Vəziyyətin əhəmiyyətli dərəcədə mürəkkəbləşməsinə baxmayaraq, hesab edirik ki, amerikalılar İran ətrafındakı məsələnin öhdəsindən gələ biləcəklər", – deyə Kreml sözçüsü bildirib.
Peskov həmçinin ümid etdiyini bildirib ki, İran ətrafındakı vəziyyət nizamlandıqdan sonra Vaşinqton Ukrayna istiqamətində sülh prosesinə dəstək səylərini bərpa edəcək.
15:06 09.07.2026
Oxunuş sayı: 64