Ərdoğan: Türk ordusu istənilən təhlükəni kökündən aradan qaldıra bilər
Türkiyə Silahlı Qüvvələri milli təhlükəsizliyə yönələn istənilən təhdidi aradan qaldırmaq gücünə malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı danışıb.
Türkiyə lideri bildirib ki, Türk Silahlı Qüvvələri ölkənin milli təhlükəsizliyinə qarşı yönələn istənilən təhlükəni kökündən aradan qaldırmağa qadir olan güc və imkanlara sahibdir.
Ərdoğan qeyd edib ki, Türkiyə hazırda NATO-nun ikinci ən böyük quru qoşunlarına malik ölkəsidir.
Onun sözlərinə görə, son 10 il ərzində NATO-nun cənub-şərq cinahının təhlükəsizliyi böyük ölçüdə Türkiyəyə etibar edilib.
"Türkiyə bu etimadı şərəflə doğruldur", – deyə Ərdoğan vurğulayıb.
15:09 09.07.2026
Oxunuş sayı: 66