Çexiya Prezidenti: Ukraynanın müharibəni bitirmək üçün iki ay vaxtı var
Çexiya Prezidenti Petr Pavel Ukraynanın qarşıdakı iki ay ərzində müharibənin başa çatdırılması istiqamətində nəticə əldə etməsinin vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Petr Pavel açıqlama verib.
Pavelin sözlərinə görə, əgər bu müddətdə müharibə başa çatmasa, Rusiya münaqişəni daha da genişləndirə bilər.
Çexiya prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 20-nə planlaşdırılan parlament seçkilərindən sonra ümumi səfərbərlik elan edə bilər.
Pavel bunun münaqişənin daha ciddi eskalasiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
15:51 09.07.2026
Oxunuş sayı: 60