İranda partlayışdan sonra polisə atəş açıldı
İranın Sistan və Bəlucistan vilayətində polis idarəsinə silahlı hücum olub, hücum edənlərdən biri zərərsizləşdirilib.
Crossmedia.az xəbər verir ki, İranın dövlət teleradio şirkəti IRIB bu barədə məlumat yayıb.
Məlumata görə, Gülşən rayonunda iki polis ekipajının hərəkət etdiyi marşrutda əvvəlcə partlayış baş verib, daha sonra silahlı şəxslər polis əməkdaşlarına atəş açıblar. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində hücum edənlərdən biri öldürülüb, bir neçə nəfər isə yaralanıb.
Bildirilib ki, ərazi təhlükəsizlik və polis qüvvələrinin nəzarəti altındadır. Terror aktının digər iştirakçılarının müəyyənləşdirilməsi və onların zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
23:29 07.10.2026
Oxunuş sayı: 62