İsrail ordusu 3 ildə 100 min hədəfə zərbə endirdiyini açıqladı
İsrail ordusu 2023-cü ilin oktyabrından ötən 3 il ərzində müxtəlif ölkələrdə təxminən 100 min hədəfə zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
İsrail ordusunun açıqlamasına görə, Qəzza zolağında 65 min, Livan və Suriyada 28 min, İranda 4 min 500, Yəməndə isə 80 nöqtə hədəfə alınıb.
Bildirilib ki, həmin dövrdə İsrailə Qəzzadan təxminən 10 min 200, Livandan 20 min, İrandan 1 200, Suriyadan 50, Yəməndən isə 80 raket və mərmi atılıb.
İsrail 2023-cü ilin oktyabrından etibarən Qəzza ilə yanaşı Livan, İran, Suriya və Yəmənə də zərbələr endirib. Həmçinin Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar heyətinə qarşı uğursuz sui-qəsd cəhdi həyata keçirilib.
Məlumata görə, İsrailin Qəzzaya 3 il ərzində həyata keçirdiyi hücumlarda, əsasən qadın və uşaqlar olmaqla, 74 mindən çox fələstinli həyatını itirib.
04:55 08.10.2026
Oxunuş sayı: 50