Tramp Azərbaycan və Ermənistanı nümunə göstərdi
ABŞ Prezidenti Donald Tramp danışıqlar yolu ilə həllin mümkünlüyünü vurğulayaraq Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı nümunə göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Tramp tərəflər arasında razılığın əldə olunacağına inandığını ifadə edib.
"Fikrimcə, razılığa gələcəyik. Bilirsiniz, Azərbaycan və Ermənistan arasında razılaşma əldə olundu. Orada hər şey 32 il davam etdi və bir çoxları bunun həllinin mümkün olmadığını deyirdi", – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, tərəflər danışıqlara hazır olduqları təqdirdə, hətta ən uzunmüddətli münaqişələr də razılaşma ilə başa çata bilər.
14:57 09.07.2026
Oxunuş sayı: 71