NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində müşahidə olunub
NATO-ya məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropa İttifaqının aviadispetçer dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət son iki gün ərzində Kalininqrad vilayəti yaxınlığında dairəvi marşrut üzrə uçuşlar həyata keçirən həmin kəşfiyyat təyyarəsindən gedir.
Mənbə bildirib ki, təyyarə hazırda Qara dəniz bölgəsində müşahidə olunub. Uçuşun məqsədi və marşrutu ilə bağlı əlavə məlumat açıqlanmayıb.
15:55 09.07.2026
Oxunuş sayı: 53