Paşinyan: Ermənistanın "yeni Rusiya"ya çevrilməsini istəmirik
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “yeni Rusiyaya” çevrilməsini istəmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamasına münasibət bildirərkən deyib.
Medvedev daha əvvəl Ermənistanın başına gələ biləcək “ən pis hadisənin onun yeni Ukraynaya çevrilməsi” olduğunu söyləyib.
Paşinyan isə Medvedevin məntiqinə istinad edərək bildirib: “Eyni məntiqlə mən də indi deyə bilərəm ki, Ermənistanın yeni Rusiyaya çevrilməsini istəmirik”.
Ermənistan hökumətinin başçısı bu fikrini Rusiyanın ərazisində baş verən partlayışları xatırladaraq əsaslandırıb.
12:18 08.10.2026
Oxunuş sayı: 172