AİD Group işi üzrə yeni qərar: Samir Yəhyazadə Kürdəxanıya köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.
Crossmedia.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciətini nəzərə alıb.
Samir Yəhyazadənin iki ay müddətinə "Kürdəxanı türməsi" kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib. (Qafqazinfo)
11:12 08.10.2026
Oxunuş sayı: 67