Əraqçı ABŞ-lə bağlı iddia: 81 hərbi təyyarə məhv edilib
İranın xarici işlər naziri Abbas Əraqçı İran Silahlı Qüvvələrinin məhv etdiyi ABŞ hərbi təyyarələrinin sayının 81-ə çatdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Abbas Əraqçı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, may ayında ABŞ Konqresinin Tədqiqat Xidməti İran Silahlı Qüvvələrinin 42 ABŞ hərbi təyyarəsini məhv etdiyini qəbul edib.
Əraqçının sözlərinə görə, hazırda bu rəqəm 81-dir və real itkilərin daha çox olduğu iddia edilir.
O, iddiasını ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbi bazalara müstəqil baxışla bağlı mövqeyi ilə əlaqələndirib. Əraqçı bildirib ki, CENTCOM bazaların vəziyyətinin yaxşı olduğunu iddia etsə də, hazırda fəaliyyət göstərən senatorun həmin obyektləri yoxlamasına icazə vermir.
11:43 08.10.2026
Oxunuş sayı: 55