İrəvandakı "Göy məscid"də Xamenei anılıb
İrəvandakı XVIII əsrə aid "Göy məscid"də İranın ali dini lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, 1765–1766-cı illərdə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilən "Göy məscid"də təşkil olunan tədbirdə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami çıxış edib.
Diplomat bildirib ki, Əli Xamenei Ermənistanla münasibətlərə hər zaman xüsusi önəm verib.
"Xamenei Ermənistanı səmimi qonşu adlandırır və bu ölkəyə xüsusi hörmətlə yanaşırdı", – deyə səfir qeyd edib.
15:41 09.07.2026
Oxunuş sayı: 61