Tibb dünyasında inqilab: Xərcəngin müalicəsi sınaqdan keçdi
ABŞ-nin Florida A&M Universitetinin alimləri mədəaltı vəzinin axacaq adenokarsinomasına qarşı eksperimental kimyəvi birləşməni laboratoriya şəraitində sınaqdan keçiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tədqiqatın nəticələrinə görə, yeni molekul hətta aşağı konsentrasiyalarda belə xərçəng hüceyrələrinin çoxalmasını təxminən 90 faiz azaltmağa müvəffəq olub. Alimlərin bildirdiyinə əsasən, birləşmə xərçəng hüceyrələrində aktiv oksigen formalarının həddindən artıq yaranmasına səbəb olur və nəticədə hüceyrələr özünü məhv etmə prosesinə başlayır.
Mütəxəssislər vurğulayırlar ki, əldə olunan nəticələr hələlik yalnız laboratoriya tədqiqatlarına əsaslanır. İnsanlar üzərində klinik sınaqlara keçməzdən əvvəl preparatın təhlükəsizliyi və effektivliyi əlavə araşdırmalarla təsdiqlənməlidir.
Tədqiqat xərçəngin ən aqressiv və müalicəsi çətin hesab olunan növlərindən biri ilə mübarizədə yeni perspektivlər yarada bilər.
01:32 05.07.2026
Oxunuş sayı: 63