Keçən il 2 933 nəfərdə süd vəzi xərçəngi aşkarlanıb
Azərbaycanda 2025-ci ildə 2 933 nəfərə süd vəzi xərçəngi diaqnozu qoyulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.
Onun sözlərinə görə, 707 nəfərdə xəstəlik profilaktik müayinələr zamanı aşkarlanıb:
"Xəstələrin 1 573-də xəstəlik I–II, 915-də III, 440-da isə IV mərhələlərdə müəyyən edilib".
Baş həkim vurğulayıb ki, hesabat ilinin sonuna olan məlumata görə, Azərbaycanda ümumilikdə 18 515 qadın onkoloji xəstə kimi qeydiyyatda olub.
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.(Report)
12:03 20.10.2026
Oxunuş sayı: 198