Moldova ilə Ermənistanın müvcud vəziyyəti müqayisə olundu
Ermənistanın "Past" qəzeti Moldovanın Baş naziri Aleksandr Muntyanunun istefasını şərh edib.
Crossmedia.az xəbər verir ki, nəşr bunu Ermənistanın mövcud vəziyyəti ilə müqayisə edib.
Məqalədə bildirilib ki, Muntyanu istefasını artıq öz prinsip və baxışlarına uyğun fəaliyyət göstərə bilməməsi ilə əsaslandırıb.
Qəzet iddia edir ki, Moldovada qaz və elektrik enerjisinin bahalaşması fonunda yaranan iqtisadi çətinliklər hökumətə qarşı narazılığı artırıb və baş nazir siyasi məsuliyyət daşıyaraq istefa verməyi seçib.
Məqalədə Ermənistanın da oxşar geosiyasi və sosial-iqtisadi mərhələdən keçdiyi iddia olunaraq, ölkənin xarici siyasət kursunun dəyişməsinin iqtisadiyyata mənfi təsir göstərdiyi vurğulanıb.
Nəşr həmçinin Ermənistan hökumətini kənd təsərrüfatı sahəsində yaranmış problemləri həll etməməkdə ittiham edib. Bildirilib ki, məhsulların satışında yaranan çətinliklər səbəbindən fermerlər ciddi zərərlə üzləşirlər.
Qəzetin fikrincə, hökumət bu problemlərin həlli əvəzinə Avropa İttifaqının rəsmilərinin gələcəklə bağlı vədlərini ön plana çıxarır.
Qeyd edək ki, məqalədə yer alan fikirlər "Past" qəzetinin mövqeyini əks etdirir.
10:29 04.07.2026
Oxunuş sayı: 56