Trampın istefasını tələb etdi, dərhal saxlanıldı
ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Ceyson Uotson Vaşinqtonda keçirilən etiraz aksiyasında çıxış etdikdən sonra Kapitoli polisi tərəfindən saxlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, mayor çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensi İran və Venesueladakı hərbi əməliyyatlara, eləcə də hazırkı administrasiyanın miqrasiya siyasətinə görə tənqid edib.
Uotson mitinq iştirakçılarını Donald Trampın vəzifədən uzaqlaşdırılmasına çağırıb.
Məlumata görə, o, “izdiham yaratmaq və ictimai narahatlıq törətmək” ittihamı ilə saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
10:22 04.07.2026
Oxunuş sayı: 64