KİV: Ermənistan Müdafiə Nazirliyində "xəbərçi şəbəkəsi" yaradılıb
Ermənistan Müdafiə Nazirliyində 2022-ci ildən etibarən hərbi hissələrdə "xəbərçi şəbəkəsi"nin formalaşdırıldığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin iddiasına görə, müdafiə naziri Suren Papikyanın göstərişi ilə hər bir hərbi hissədə onun "gözü və qulağı" rolunu oynayan bir nəfər müəyyən edilib.
Bildirilib ki, həmin şəxslərin əsas vəzifəsi hərbçilərin siyasi baxışlarını, hakimiyyət barədə fikirlərini və əhval-ruhiyyəsini öyrənərək rəhbərliyə çatdırmaq olub.
Qəzet yazır ki, bəzi hərbi hissələrdə bu şəxslər ifşa edilib. Onların hərbçilərə siyasi mövzularla bağlı davamlı suallar verməsi və təxribat xarakterli söhbətlər aparması məqsədlərini üzə çıxarıb.
Nəşrin məlumatına əsasən, ifşa olunan bu şəxslərə qarşı bəzi hərbi hissələrdə cəza xarakterli tədbirlər görüldüyü də iddia edilir.
09:47 04.07.2026
Oxunuş sayı: 63