KİV: Paşinyan peşəkarları yox, özünə sadiqlari vəzifəyə gətirəcək
Ermənistanda Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələri ilə bağlı qərarı gözlənildiyi vaxt hakimiyyət daxilində vəzifə bölgüsünə başlanıldığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" və "Hraparak" qəzetləri yazıb.
"Past" qəzetinin iddiasına görə, Baş nazir Nikol Paşinyan və hakim "Vətəndaş Müqaviləsi" Partiyası seçkilərin nəticələri Konstitusiya Məhkəməsində mübahisələndirildiyi dövrdə artıq parlamentdə və digər dövlət qurumlarında vəzifələrin bölüşdürülməsinə başlayıb.
Nəşr iddia edir ki, yeni təyinatlarda əsas meyar peşəkarlıq deyil, Paşinyana sədaqət və müxalifətə qarşı sərt mövqe nümayiş etdirməkdir.
Digər erməni nəşri "Hraparak" isə parlament seçkilərindən sonra İrəvanın inzibati rayonlarında da kadr dəyişikliklərinin gözlənildiyini yazıb.
Qəzetin məlumatına görə, xüsusilə hakim partiyanın iyunun 7-də keçirilmiş seçkilərdə zəif nəticə göstərdiyi rayonların rəhbərlərinin dəyişdirilməsi ehtimalı yüksək qiymətləndirilir.
09:41 04.07.2026
Oxunuş sayı: 52