Mirajlar, hıçqırıqlar, xaçlar- Arxangelsk bölgəsi hansı sirləri saxlayır?
Arxangelsk bölgəsində yaşayan pomorlar tarixən dəniz və qurunun sərhədində, şimalın sərt şəraitində həyat sürüblər. Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın ˝TASS˝ agentliyinin materialında Arxangelsk vilayətinin təbiəti və mədəniyyəti ilə bağlı qeyri-adi hadisələr, xalq inancları və elmi izahlar təqdim olunub.
Onların qoyduğu xaçlar təkcə dini simvol deyil, həm də təhlükəli əraziləri işarələyən və “müqəddəs sərhəd” funksiyası daşıyan nişanlar olub.
Araşdırmaçıların sözlərinə görə, bu xaçlar həm də insanların bilinməyən ərazilərə doğru irəliləməsində simvolik sərhəd rolunu oynayıb: xaçdan o tərəf naməlum dünya, bu tərəf isə tanınan və təhlükəsiz ərazi sayılıb.
1914-cü ildə yoxa çıxan Svyataya Anna ekspedisiyası ilə bağlı müxtəlif əfsanələr yayılıb. Bəzi rəvayətlərə görə, gəminin heyəti müxtəlif ölkələrdə görülüb, lakin bunlar təsdiqlənməyib.
Sovet dövründə polяр tədqiqatçıların tərk edilmiş bir yelkənli gəmini duman içində gördükləri, lakin sonra gəminin yoxa çıxdığı barədə də qeydlər mövcuddur. Bu hadisə həm miraj, həm də naməlum fenomen kimi izah edilir.
Arxangelsk kəndlərində bəzi çaylar müqəddəs sayılır və insanlar oraya xəstəlikləri üçün niyyət edirlər. Hətta çaylara parça, geyim və müxtəlif əşyalar gətirərək şükran ifadə edirlər.
Sovet dövründən əvvəl bəzi ərazilərdə xaçların yaxınlığındakı suyun şəfalı olduğuna inanılırdı.
Pinejye bölgəsində ikota adlı fenomenlə bağlı inanclar geniş yayılıb. Yerli təsəvvürlərə görə, bu vəziyyət insana şər ruhun daxil olması ilə əlaqələndirilir və insanın qəribə davranışlar göstərməsinə səbəb olur.
Bu hal hətta bəzi psixiatriya dərsliklərində də qeyd olunub.
Solyovki və digər adalarda qədim daş labirintlər mövcuddur. Bu qurğuların həm dini, həm də oriyentasiya məqsədi daşıdığı güman edilir.
Arktikada isə tez-tez miraj və fata-morqana kimi optik illüziyalar müşahidə olunur — insanlar dənizin üzərində asılı qalan meşələr, adalar və ya gəmilər görə bilirlər.
Şimal bölgələrində nadir optik hadisələrdən biri də Brokken ruhu adlanan fenomen hesab olunur. Bu zaman insanın kölgəsi duman və ya bulud üzərində görünür və hərəkətlərini təkrarlayır.
Mütəxəssislər bildirirlər ki, bu hadisə günəşin aşağı bucaq altında olması və atmosferdəki işıq sınmaları ilə bağlıdır.
03:13 04.07.2026
Oxunuş sayı: 52