Ev işlərini yerinə yetirən robot il sonuna qədər hazır olacaq
ABŞ-nin Figure AI şirkətinin baş direktoru Brett Adcock bildirib ki, yeni insanabənzər robot Figure 03 bu ilin sonuna qədər ev işlərini yerinə yetirmək səviyyəsinə çatacaq.
Crossmedia.az xəbər verir ki, Zavod rəhbərliyi bu metal köməkçilərin istifadəsindən məmnun qaldıqlarını və yeni versiyanı logistikanın optimallaşdırılması üçün gözlədiklərini açıqlayıb.
Məlumata görə, əvvəlki model Figure 02 artıq sənaye sahəsində, o cümlədən BMW-nin Spartanburqdakı zavodunda sınaqdan keçirilib və yüksək effektivlik nümayiş etdirib.
Şirkətin planlarına əsasən, Figure 03 geniş satışa çıxarıldıqda onun qiyməti təxminən 20 000 dollar olacaq. Bu qiymət robot texnologiyasının daha geniş yayılmasına imkan verə bilər.
Bununla yanaşı, bazarda gələcəkdə daha ucuz alternativlərin, xüsusilə Çin istehsalı klon modellərin ortaya çıxacağı da gözlənilir.
01:34 04.07.2026
Oxunuş sayı: 47