Simonyana qarşı sui-qəsd işi üzrə təqsirləndirilən şəxsə ağır cəza verildi
Məhkəmə rusiyalı jurnalist Marqarita Simonyana qarşı hazırlanan sui-qəsd işi üzrə təqsirləndirilən Mixail Balaşovu 25 il müddətinə azadlıqdan məhrum edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, Balaşov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə prosesi qapalı keçirilib. Buna səbəb iş üzrə təqsirləndirilən 12 nəfər arasında yetkinlik yaşına çatmayan şəxslərin də olması göstərilib.
20:32 03.07.2026
Oxunuş sayı: 47