Kruiz gəmisində 120-dən çox insan norovirusa yoluxdu
ABŞ-nin Alyaska və Kanada istiqamətində səfər edən "Ruby Princess" kruiz gəmisində 120-dən çox sərnişin və ekipaj üzvü norovirusa yoluxub.
Crossmedia.az xəbər verir ki, ˝The Guardian˝ bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, Princess Cruises şirkətinə məxsus gəmi dezinfeksiya işlərinin aparılması üçün San-Fransiskoda lövbər salıb. Yoluxanlar arasında 100-ə yaxın sərnişin və 23 ekipaj üzvü var. Gəmidə ümumilikdə 3032 sərnişin və 1144 ekipaj üzvü olub.
Hadisədən sonra gəmidə sanitar təhlükəsizlik tədbirləri gücləndirilib, əlavə təmizlik və dezinfeksiya işləri aparılıb. Xəstəlik əlamətləri müşahidə olunan sərnişinlər və ekipaj üzvləri isə təcrid olunub.
18:14 03.07.2026
Oxunuş sayı: 70